top of page

Goldentowns oyunu haqqında

  • Yazarın fotoğrafı: Hanamania on YouTube
    Hanamania on YouTube
  • 11 Mar 2016
  • 2 dakikada okunur

Goldentowns, virtual qızılın əsl pula çevriləbildiyi, siyasi, iqtisadi və hərbi tərəfləri olan simulyasiya oyunudur. Bu oyun Mr Vlad Christianın (CEO ANNO 1777 Labs) 2011-ci ildə yazdığı məqaləyə əsaslanır. Məqalədə həqiqi qızılın qarşılığı olan virtual pulun istifadə edildiyi iqtisadi sistemin infilyasiya kimi təbii təsirlərdən asılı olmayacağı izah edilir.

Goldentowns'da 100.000 virtual qızıl dövriyyədədir. Bu virtual qızıl həqiqi qızılla zəmanət altına alınmışdır.

Bəs Goldentowns'da necə pul qazanmaq olar? Aşağıda ödəmələrin olduğunu göstərən rəsim verilmişdir:

Ödəmə kağızında başqa istifadəçiyə satdığım 4 virtual qızıl qarşılığında aldığım avronun məbləği göstərilir.

Goldentowns üçün də məqsəd qızılın miqdarını artırmaqdır, çünki qızılın birbaşa avro ilə qarşılığı vardır. Hazırda 1 virtual qızıl təxminən 6 avro dəyərindədir.

Qızıl əldə etməyin müxtəlif yolları vardır, ən rahatı isə qızıl mədənidir. Amma bunun üçün oyun haqqında məlumat toplamaq, strategiyaları bilmək lazımdır.

Oyunun mexanizmi:

Xammaddələr və onların çıxarılması ən vacib məsələlərdir. Ancaq xammaddə istehsalı üçün işçi gücü, işçi gücü üçün isə evlər lazımdır. Bütün bunlar xammaddə istehlakına əsaslanır.

Qəsəbənin inkişaf etdirilməsi:

Goldentowns'da məqsəd qəsəbəni inkişaf etdirməkdir. Əvvəlcə kiçik bir kəndlə başlayıb, daha sonra onu böyük bir şəhərə çevirirsiniz. Daha böyük bir şəhər daha çox məhsul istehlakına səbəb olur, eyni zamanda daha çox da məhsul istehsalına gətirib çıxarır. Vaxtınızın çoxu yol, ev, fabrik inşaatı, bunun üçün işçi sayının artırılması və artan işçiləri idarəetməyə sərf olunacaqdır. Qəsəbəni inkişaf etdirmək 2 həftə ilə 2 ay arası bir müddəti əhatə edir.

Market:

Oyun həmçinin iqtisadiyyat simulyatorudur. Yəni hər cür mənbə, işçi, əsgər, qəsəbə və ölkə hissələri, oyun hissələri alınıb satılabilir.

Siyasət:

Ölkələrdə səsvermə vardır. Hər cür qərar, bonuslar, müharibə, sülh və s., hamısı xalqın səsverməsi ilə həyata keçirilir. Xalq deyiləndə ölkənin oyunçuları nəzərdə tutulur.

Müharibələr:

Qəsəbələr arasındakı müharibələr, ölkələr arasındakı müharibələr qaynaqları artırmağın ən yaxşı yollarından biridir.

Referans proqramı:

Oyunda sizin linkinizdən qeydiyyatdan keçən istifadəçilərin topladıqları xammaddələrdən 10% gəlir əldə edirsiniz.


 
 
 

Comentarios


Tanıtılan Yazılar
Daha sonra tekrar deneyin
Yayınlanan yazıları burada göreceksiniz.
Son Paylaşımlar
Arşiv
Etiketlere Göre Ara
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page