Bina tipləri
- Hanamania on YouTube
- 16 Mar 2016
- 2 dakikada okunur
Bina tipləri:
GoldenTowns'da 3 tip bina vardır: İstehsalat, Servis və Hərbi binalar. Servis binaları Bəsit servis binaları və Lüks servis binaları olmaqla 2 yerə bölünür. İstehsalat binaları xammaddə və qızıl istehsal edir. Hərbi binalar əsgər hazırlayır. Servis binaları isə digər binaların səviyyələrini artırmaq üçündür.
İstehsalat binaları:

Vegetables Farm: Bu binalar tərəvəz əkib-becərilməsində istifadə olunur. Tərəvəzlər ət, odun, daş, dəmir istehsal etmək üçün istifadə edilir.

Animal Farm: Ferma ət hazırlamaq üçün istifadə edilir. Ət həm digər məhsulların istehsalında, həm də yeni işçilər hazırlanmasında istifadə olunur.

Wood Factory: Odun oyunda ən çox istifadə edilən xammaddədir. Hər-hansı bir binanın inşası, digər məhsulların istehsalı, eləcə də işçilərin hazırlanmasında istifadə olunur.

Blacksmith: Dəmir istehsalı xüsusilə əsgər hazırlanması və mədənçilikdə istifadə olunur.

Stone Quary: Daş hazırlayır, daşlar əsasən bina və yolların qurulmasında istifadə olunur.

Claypit: Yol çəkilməsində və yüksək səviyyəli binaların inşasında istifadə olunur.

Gold Mine: Altın mədənləri qazanc gətirən binalardır. Çıxardığınız qızılın birbaşa həqiqi pulla qarşılığı vardır. Qızıl çıxarmaq üçün ən az Level 5 və 50% Happiness olmalıdır.
Təməl servis binaları:

House: Evlər işçiləri qalacaq yerlərlə təmin edir. Qəsəbədəki ən önəmli binalardır. Bir evin 2 ilə 20 arası işçi tutumu vardır. Əgər bütün evlər doludursa, yeni işçi hazırlaya bilməyəcəksiniz. Belə olan halda yeni ev inşa etməli, daha sonra yeni işçilər hazırlamalısınız. Həmçinin xoşbəxtlik evlərin səviyyəsi ilə birbaşa bağlıdır. Evlərin maksimum səviyyəsi 10dur. Əgər bütün evlərinizin səviyyəsi 10dursa, onda happiness 100% olacaqdır.

Warehouse: Xammadə depolamaq üçün istifadə olunur. Oyunun birinci səviyyəsində Warehouse 600 xammaddə saxlaya bilir. Hər səviyyə artımında əlavə 600 tutum da əlavə olunur. Level 5 olduqda isə, 3000 raw material saxlaya bilir. Birdən çox Warehouse inşa ediləbilər.

Graveyard: Hələ ki oyunun əvvəllərində funksional deyildir. Bu barədə daha sonralar məlumat veriləcəkdir.

Market: Market xüsusilə evlərin ikinci səviyyəyə gətirilməsində böyük təsirə malikdir. Marketdə beşə qədər (ixtisassız) işçi vardır. Marketin maksimum səviyyəsi beşdir.

Firehall: Fire Station digər servis binalarına təsir göstərir. Beşə qədər işçisi (yanğınsöndürən) və maksimum 5 səviyyəsi vardır.

Hospital: Hospital digər əksər servis binalarına təsiri artırır. Beşə qədər işçisi (həkim) və maksimum 5 səviyyəsi vardır.

Police Station: Digər əksər servis binalarına təsiri artırır. Beşə qədər işçisi (polis) və maksimum 5 səviyyəsi vardır.

School: Oyundakı ən vacib binalardan biridir. Məktəblər ixtisassız işçiləri mütəxəssislərə: həkimlər, yanğınsöndürənlər, polislər və s.ə çevirir. Beşə qədər ixtisassız işçi götürmək mümkündür, maksimum 5 səviyyəsi vardır.
Luxury Services:

Restaurant: Restoranlar digər servis binaları və evlər üçün gərəklidir.

Casino: Casinolar evlərin levelini artırmaq üçün gərəklidir.

Bank: Banklar evlərin levelini artırmaq üçün gərəklidir.

Brothel: Evlərin level 10 olması üçün gərəklidir, həmçinin əhalinin xoşbəxtliyini də artıran faktorlardan biridir.

Church: Kilisə evlərin və qəbrəstanlıqların inkişafı üçün gərəklidir.
Hərbi binalar:

Barracks: Archer (oxatan) və inhantry (piyada əsgər) istehsal edir. 24 saatda 5 əsgər hazırlayır. Hər əsgər üçün bir boş işçi olmalıdır. Əsgərlər şəhərin müdafiəsi və gələcəkdə iştirak edəcəyiniz müharibələrdə sizə lazım olacaqdır.
Qeyd: Bu məqalədə oyun üçün ən vacib olan binalar haqqında məlumat verilmişdir. Oyunun gedişatından asılı olaraq sonrakı səviyyələrdə digər hərbi binalar haqqında məlumat veriləcəkdir.
Comentários