Ərazi təmizləmə və yolların qurulması
- Hanamania on YouTube
- 16 Mar 2016
- 1 dakikada okunur
Ərazi təmizləmə
Oyuna başladığınızda ərazinin çoxu meşələrlə əhatə olunmuşdur. Hərhansı bir ərazi üzrərinə birşey inşa etməzdən əvvəl oranı təmizləmək lazımdır. Təmizləmək 24 saat vaxt aparır və məhsul tələb edir. Bir ərazini təmizləmək üçün o ərazinin üzərinə click etmək lazımdır. Təmizləmək istədiyiniz ərazinin bir yola çıxışı olmalıdır.
Ərazi təmizləmə ekranı

Yollar
Hər-hansı bir binanı inşa etməkdən ötrü əvvəlcə yollar inşa olunmalıdır. Və bütün yolların mütləq Town Hall'a çıxışı olmalıdır, yəni bütün yollardan Town Hall'a yol olmalıdır.
Yol inşa ekranı

İnşa prosesi ya işçiləri cəlb edərək qısa müddətdə, ya da işçilər olmadan 6 saat müddətində aparılır. Sizə məsləhətim oyunu tələsmədən oynamaqdır. Çünki işçiləri cəlb etsəniz bu enerji itkisinə və xammal istehlakına səbəb olacaqdır. Bizə isə enerji və xammal lazım olduğundan, bunları digər obyektlərin inşası üçün saxlasanız daha yaxşı olar.
コメント